Sumqayıt Dövlət Dram Teatrının şəhidlərinin xatirəsinə xitabən hazırladığı VİDEO


Digərləri 21 Yan 2021 13:24:00 133 0

Sumqayıt Dövlət Dram Teatrının şəhidlərinin xatirəsinə xitabən hazırladığı VİDEO

Sumqayıt Dövlət Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə xitabən hazırladığı video-çarxı təqdim edir.

Milli mücadilə yolunda qarşımıza çıxan sədlər, önümüzə atılan maneələr, Azadlıq ruhumuza açılan nagahan güllələr, qəsdimizə durmuş əngəllər! Qorxunu gözümüzdən ürəyimizə qədər ötürmək istədilər.  Fəqət anlamadılar ki, Türkü mübarizə qorxutmaz, əksinə mətinləşdirər. 20 Yanvar sadəcə faciə gecəsi olmadı. Milli Qürur gecəsi oldu. Və gördülər ki, Moskvada, imperiyanın mərkəzində belə millətinə sahib çıxan Liderimiz haqq səsimizi dünyaya bəyan edir.

Bu gün qələbə zirvəsindən geri boylananda, şərəfli mübarizəni göz önünə gətirəndə bir daha əmin oluruq ki, 20 Yanvarda  tökülən qanla Azadlıq ağacları suvarıldı.

ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ !