Ermənistanda son sutkada COVID19a 307 yoluxma qeydə alınıb, 5 nəfər ölüb


Dünya 21 Yan 2021 12:34:00 89 0

Ermənistanda son sutkada COVID19a 307 yoluxma qeydə alınıb, 5 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 307 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 165 528, ölənlərin sayı isə 3021 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 154 046 nəfərin sağaldığı bildirilir.