Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötüb


Dünya 21 Yan 2021 12:44:00 111 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1137 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 251 071, ölənlərin sayı isə 2 998 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 238 101 nəfərin sağaldığı bildirilir.