Serbiya 2023cü ildə Azərbaycan qazını ala bilər


Dünya 21 Yan 2021 12:17:00 117 0

Serbiya 2023cü ildə Azərbaycan qazını ala bilər

Serbiya Bolqarıstanla qaz kəmərinin tikintisini 2023-cü ilin əvvəlindək başa çatdırmağı planlaşdırır. Bu, Serbiyaya həm də Azərbaycan qaznı əldə etməyə imkan verəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Serbiyanın energetika naziri Zoran Mixayloviç deyib.

O bildirib ki, tikinti işləri bir il yarım davam edəcək:

"2023-cü ildə Serbiya Niş-Dimitrovqrad-Sofiya xətti ilə Bolqarıstana birləşəcək və bu bizə digər mənbələrdən, o cümlədən Azərbaycandan qaz almağa imkan verəcək".

Nazir əlavə edib ki, qaz kəmərinin tikintisi üçün tender gələn həftə elan olunacaq, tikinti işlərinin yayda başlanması planlaşdırılır.

Niş-Dimitrovqrad qaz kəmərinin dəyəri 85,5 milyon avro təşkil edəcək.