Erməni mafiyası Rostov vilayətini ələ keçirmək istəyir


Digərləri 21 Yan 2021 12:07:00 139 0

Erməni mafiyası Rostov vilayətini ələ keçirmək istəyir

Rostov vilayətində qubernator Vasili Qolubev və şəhərin başçısı Aleksey Loqvinenko arasında erməni diasporu nümayəndələri tərəfindən firavanlıq və təsir imkanlarını artırmaq üçün tətbiq olunan münasibətlər yenidən sərtləşir. Yerli KİV-lərə görə, keçən il Qolubev Logvinenkoya qarşı şıxmaq istəyib, lakin vəziyyəti sakitləşdiriblər. Bu dəfə işlər başqa cür bitə bilər. Fakt budur ki, bütün rəhbərliyin və Loqvinenkonun hərəkətləri qubernatorun onsuz da zəif mövqelərini ciddi şəkildə korlayır, imicinə xələl gətirir. Qolubev ayrıca komandasının köməyi ilə rəhbərliyin yaratdığı problemləri həll etməli və ya bunlardan bəzilərinə qoşulmalıdır.

Son.az Politvesti.ru-ya istinadən xəbər verir ki, açıq-aşkar bu, bölgə rəhbərini qane etmir və yaxın gələcəkdə hər hansı bir qərar verilməsini gözləmək lazımdır.

Qeyd etmək lazımdır ki, Qolubev özü bölgədəki erməni diasporunun hamisi olmaqla, etnik klan biznesinin çiçəklənməsi üçün geniş qapılar açıb. İndi güclənmiş erməni diasporası bölgənin qaynaqlarını ələ keçirmək üçün qubernatorun sarsılmış imicinə zərbə vurmağa çalışır.

Xatırladaq ki, keçən ilin dekabr ayının əvvəlində Qolubev Rostov meri Loqvinenkonu Rostovu "90-cı illərdən bazar"a çevirməkdə günahlandırmışdı. Erməni mafiyasının qoruyucusu olan Loqvinenko, demək olar ki, bütün şəhəri havadarlarına satdı.

Bəzi ərazilərdə Rostovda qanunsuz ticarət "idarəolunmaz miqyas"a çatıb. Milyondan artıq əhalisi olan bir şəhərdə yağışda və qarda açıq havada ticarət etmək normal sayıldığından qubernatoru dəhşətə gətirdi.

Xatırladaq ki, ermənilərinin sıx məskunlaşdığı Pervomaiski rayonunun keçmiş administrasiya rəhbəri Artur Qrigoryan iyul ayında qanunsuz ticarət obyektlərinə görə saxlanılmışdı.