İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu


Siyasət 21 Yan 2021 11:11:00 100 0

İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif 24 yanvarda Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbələrdən bildiriblər. İranlı nazir səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşərək danışıqlar aparacaq.

Səfər çərçivəsində Qarabağın işğaldan azad olunmasından sonra bölgədə yaranan yeni əməkdaşlıqlarla əlaqədar haqqında fikir mübadiləsi aparılacaq.

Məhəmməd Cavad Zərifin Bakıya səfərində İran şirkətlərinin Qarabağın bərpasında iştirakı ilə əlaqədar müzakirələr olacaq.

İran xarici işlər naziri həmçinin Azərbaycan, İran və Rusiya üçtərəfli əməkdaşlıqlarla əlaqədar Azərbaycan rəsmiləri ilə müzakirələr aparacaq.