Viran qalmış yurd yerləri Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərindən görüntülər VİDEO FOTO


Digərləri 20 Yan 2021 20:14:00 117 0

Viran qalmış yurd yerləri  Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərindən görüntülər  VİDEO  FOTO

İşğaldan azad edilmiş ərazilərimizi gəzdikcə hər yerdə eyni mənzərənin şahidi oluruq - yandırılmış, dağıdılmış, viran qalmış yurd yerləri. Ermənilər 27 ildən artıq dövrdə işğal altındakı şəhər və kəndlərimizdə yaşayış evlərini, sosial obyektləri, infrastrukturu, sənaye və kənd təsərrüfatı müəssisələrini, bir sözlə hər şeyi məhv ediblər. Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu isə onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinə səfər edərək, erməni vandalizmini lentə alıb. Qarabağ silsiləsinin ətəklərində yerləşən bu kəndlərdə vaxtilə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Rayonun ən gözəl və abad yaşayış məntəqələrindən olan bu kəndlərdə orta məktəb, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi var idi. Erməni vandalları 27 il ərzində kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Ermənilər Qarğabazar kəndindəki XVII əsrə aid Hacı Qiyasəddin məscidindən və karvansaradan, eləcə də Qoçəhmədli kəndindəki XVIII əsrə aid məsciddən mal-qara tövləsi kimi istifadə etməklə azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Məscidlərdən mal-qaranın, o cümlədən donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinin ürək ağrıdan görüntülərini təqdim edirik.