Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi


Dünya 20 Yan 2021 18:35:00 126 0

Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalist fəaliyyəti dövründə "Molorak" qəzetində yazdığı məqaləsi ilə gündəm olub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, erməni baş nazirin 1998-ci ildə dərc olunmuş məqaləsində hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanları haqda danışanda bu ifadənin ermənilərin şüurunu niyə qaraltdığını soruşur.

"20 yanvar 1990-cı ildə Bakıda öldürülənlərin xatirəsi qarşısında baş əyirəm. Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim", - deyə Paşinyan məqaləsində qeyd edib.

Son.az