ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib


Dünya 20 Yan 2021 00:03:00 137 0

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel bu gün vəzifəsindən istefa verdiyini elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə onun yazılı bəyanatında deyilir.

"Bu gözəl təşkilata başçılıq etmək mənim həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və gördüyümüz işlə çox fəxr edirəm", - Cina Haspel qeyd edib.