“ASUS TUF Gaming VG28UQL1A” monitoru “HDMI 2.1” interfeysi ilə təchiz edilib


Digərləri 19 Yan 2021 23:50:00 186 0

“ASUS TUF Gaming VG28UQL1A” monitoru “HDMI 2.1” interfeysi ilə təchiz edilib

"ASUS" şirkəti bu il pandemiya səbəbindən tam rəqəmli formatda keçirilən "CES 2021" istehlak elektronikası sərgisi çərçivəsində konsol oyunları ilə uyğunluq təşkil edən "TUF Gaming VG28UQL1A" adlı monitor nümayiş etdirib.

Son.az ictnews.az-a istinadən bildirir ki, panelin əsas xüsusiyyəti "HDMI 2.1" mövcudluğundadır. Bu, o deməkdir ki, "PlayStation 5" və "Xbox Series X/S" sahibləri oyun qurğularının potensialını tam aça biləcəklər.

"ASUS TUF Gaming VG28UQL1A" monitorunun texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilmir. Məlum olan odur ki, o, 28 düym diaqonal ölçüsünə və "4К" (3840 × 2160 piksel) formatına malikdir. Məlumata görə, yeniləmə tezliyi 120 giqahers təşkil edir. Panel "VESA DisplayHDR 400" sertifikatına layiq görülüb.

Monitorun ekranı üç tərəfdən dar çərçivəyə salınıb. Həmçinin qurğu "V" hərfi şəklində altlıqla təchiz edilib.

"ASUS" şirkəti sərgi çərçivəsində "HDMI 2.1" interfeysi ilə təchiz edilən digər panellər (məsələn, PG32UQ modeli) də təqdim edib.