Yeni “Apple” qurğuları açıqlanıb
Digərləri 19 Yan 2021 23:55:00 82 0
"Apple" şirkəti yeni smartfon və qulaqcığı yazda buraxacaq. Bu barədə Yaponiyanın "MacOtakara" nəşrinin məlumatında deyilir.
Bu xəbəri də oxu: Uşaqlarda allergik diatezlər
Son.az ictnews.az-a istinadən bildirir ki, jurnalistlərin şirkətin Çin tədarükçüsündən əldə etdiyi məlumata görə, apreldə iki yeni "Apple" qurğusu təqdim ediləcək. Belə ki, ən ucuz "iPhone SE" smartfonunun yeni nəsli, eləcə də "AirPods Pro" simsiz qulaqcığının yeni versiyası işıq üzü görəcək.
Qurğuların texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, jurnalistlər tərəfindən "iPhone SE" smartfonunun "MagSafe" simsiz enerjidoldurma qurğusu üçün aksesuarlar dəstəyi ilə təchiz ediləcəyi müəyyənləşdirilib. "AirPods Pro" qulaqcığı isə orijinal qarniturla müqayisədə daha kiçik qabaritə malik olacaq. Mənbələrin məlumatına görə, smartfon və simsiz qulaqcıq "Apple" şirkətinin yaz təqdimatında birlikdə nümayiş olunacaq.
"SE" smartfonlar seriyasının aktual modeli 2020-ci ilin aprelində buraxılıb. Qurğu 4,7 düymlük "IPS" ekran, "Home" düyməsi, "Apple A13 Bionic" çipi, 3 giqabaytlıq operativ yaddaş, 12 meqapikselli tək kamera ilə təchiz edilib. Orijinal "iPhone SE" modeli 2016-cı ilin yazında buraxılıb.
"MacOtakara" nəşrinin məlumatı analitik Min-Çi Konun hesabatı ilə ziddiyyət təşkil edir. Belə ki, analitikin bir müddət əvvəl bildirdiyinə görə, "Apple" yeni "iPhone SE" smartfonunu 2021-ci ilin ikinci yarısından tez buraxmayacaq. Onun sözlərinə görə, nisbətən ucuz olacaq qurğu "iPhone SE Plus" adlanacaq.
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik davam edir. Soros

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət gö

"ASUS" şirkəti bu il pandemiya səbəbindən tam rəqəmli formatda

"Windows 10" əməliyyat sisteminin fayl sistemini bir əmrlə sırada

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müha

ABŞ-ın "Intel" korporasiyasının baş direktoru Bob Svon fevralın

WhatsApp-ın istifadəçi qaydalarını dəyişməsi xeyli insanın alternativ p

Türkiyə elektromobillərdə işlədilən batareya və akkumulyator paketlərin

"Samsung" şirkəti 2021-ci ildə rekord təsvir ölçülü kameraya m

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar dünya aviaşirkətlərin

Çinin "Hisense" şirkəti "CES 2021" istehlak elektronikas

"Razer" şirkəti "CES 2021" sərgisində "Project Haze

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar

Yeni iPhone 12 xəttinin buraxılmasından dərhal sonra, şəbəkədə şirkət
