2020ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb


Dünya 19 Yan 2021 23:08:00 113 0

2020ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar dünya aviaşirkətlərinin sərnişin daşımaları 2019-cu illə müqayisədə 60 faiz azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) məlumat verib.

Qeyd olunur ki, ötən 1,8 milyard sərnişin daşınıb. 2019-cu ildə bu göstəric 4,5 milyard nəfərə bərabər idi.

Ötən il daxili reyslərdə azalma 50 faiz, beynəlxalq reyslərdə isə 74 faiz təşkil edib.