“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib


Digərləri 19 Yan 2021 22:20:00 137 0

“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib

"TikTok" qısamüddətli video xidmətinin administrasiyası yaşı 18-dən az olan istifadəçilər üçün bir sıra məhdudiyyətlər tətbiq edib. İndi yaşı 13-dən 15-dək olan uşaqların hesabları avtomatik məxfi olur - yalnız təsdiq edilmiş abunəçilər onlara baxa bilər, yaşı 16-dan az olan şəxslər tərəfindən yerləşdirilmiş çarxlara isə yalnız "dostlar" şərh yaza bilərlər. Digər şəxslər üçün uşağın hesabına giriş bağlı olacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, bundan başqa 13-15 yaşlı istifadəçilər üçün "öz hesabını başqa şəxslərə təklif etmək" seçimi başlanğıc ayar kimi deaktiv ediləcək. Belə hesablar üçün "Duet and Stitch" funksiyası, həmçinin videonun yüklənməsi əlçatmaz olacaq.

16-17 yaşlı yeniyetmələr üçün "Duet and Stitch" seçimi yalnız "dostlar" üçün açıq qalacaq.

2020-ci ildə "TikTok"un tərtibatçıları "Ailə Təhlükəsizlik Rejimi"ni (Family Safety Mode) əlavə ediblər. Bu rejim valideynlərə öz uşaqları üçün arzuolunmaz məzmunu gizlətməyə, məhdudlaşdırmağa və ya şəxsi mesajları tamamilə deaktiv etməyə imkan verir.