“Lenovo Legion Slim 7” oyun noutbuku təqdim edilib


Digərləri 19 Yan 2021 21:50:00 126 0

“Lenovo Legion Slim 7” oyun noutbuku təqdim edilib

"Lenovo" şirkəti "CES 2021" onlayn istehlak elektronikası sərgisi çərçivəsində təqdim edilən "AMD" platformalı "Legion Slim 7" oyun noutbukunun satışlarına mayda başlayacaq.

Ekranın diaqonal ölçüsü 15,6 düym təşkil edir. Bu, 60 giqahers tezlik yeniləməli "4К" (3840 × 2160 piksel) formatlı panel və ya 165 giqahers tezlik yeniləməli və ya 3 millisaniyə reaksiya vaxtı ilə "Full HD" (1920 × 1080 piksel) matrisası ola bilər.

Portativ kompüter qara və ya tünd boz rəngdə hazırlanan alüminium korpusa malikdir. Həmçinin ağ işıqlandırmaya malik klaviatura nəzərdə tutulub, seçim üçün çoxrəngli "RGB" variantı mövcuddur. 356 × 252 × 15,9-18,9 millimetr ölçülü qurğunun çəkisi 1,9 kq təşkil edir.

Noutbuk "AMD Ryzen 9 5900H" prosessoru, 32 giqabaytlıq "DDR4-3200" operativ yaddaş və 2 terabayt tutumlu "М.2 PCIe NVMe" bərkcisimli toplayıcısı ilə təchiz olunub. Bundan başqa, "Wi-Fi 6" və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, daktiloskopik skaner, 720 meqapikselli kamera və "USB 3.1 Gen2 Type-C" və "USB 3.2 Gen2 Type-A" interfeysləri mövcuddur.

Qrafik altsistemin tərkibinə "NVIDIA GeForce RTX" sürətləndiricisi daxildir. Modelin dəqiq adı açıqlanmasa da, müşahidəçilərin fikrincə, bu, "GeForce RTX 3060" videokartıdır.