“Samsung” smartfonlar üçün “Exynos 2100” prosessorunun parametrlərini açıqlayıb


Digərləri 19 Yan 2021 20:55:00 94 0

“Samsung” smartfonlar üçün “Exynos 2100” prosessorunun parametrlərini açıqlayıb

Cənubi Koreyanın "Samsung" korporasiyası yeni "Exynos 2100" mobil prosessorunun istehsalına başlayacağını elan edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, prosessor dərin ultrabənövşəyi işıqda fotolitoqrafiyadan istifadəyə əsaslanan 5 nm-lik texnoloji proses üzrə hazırlanıb. 8 nüvəli prosessor 2,9 QHs-dək takt tezlikli 1 ədəd güclü "Arm Cortex-X1", 3 ədəd "Cortex-A78" və 4 ədəd enerji səmərəli "Cortex-A55" nüvəsindən ibarətdir. İstehsalçı enerji sərfiyyatının 20% azalmasını, məhsuldarlığın isə 30% artırılmasını vəd edir.

Oyun həvəskarları üçün qrafika üzrə məhsuldarlıqda 40% artım vəd edilib. Platforma təsvir ölçüsü 200 mp-dək olan kameralarla işləyə bilir. "Exynos 2100" prosessoru, həmçinin "5G" üçün çox sürətli "mmWave" standartı ilə işləyə bilir.