Honda elektrikli avtomobillər hazırlayır Modelin biri təpəyə dırmaşacaq


Digərləri 19 Yan 2021 20:15:00 125 0

Honda elektrikli avtomobillər hazırlayır  Modelin biri təpəyə dırmaşacaq

Honda xüsusi elektrikli avtomobillər hazırlayır.

Son.az ted.az-a istinadən bildirir ki, 2021 Tokyo Avto Salon-a hazırlaşan şirkət iki maraqlı konsepsiya üzərində işləyir. Bunlardan biri Honda E drag maşını, digəri Honda N-One təpəyə dırmaşan avtomobildir.

Honda bu fikirləri "ciddiyə alınan cəfəngiyyat" adlandırsa da, deyəsən, nəticə verdi.

Honda-nın veb-saytındakı açıqlamaları tərcümə etdiyimiz zaman "Cəfəng olmaq problem deyil. Niyə, həqiqətən, cəhd etməyək?" sözləri vəziyyəti tam izah edir. Normalda suyla soyudulan 35,5 kVt / saat litium-ion batareyalı elektrik motoru 148 at gücü istehsal edir. Bu rəqəmi ikiqat artıranda, həqiqətən, sürətli bir maşın görmək mümkündür.

Digər yarış avtomobili isə K-Climb-dir. Əsasən Honde N-One RS-in dəyişdirilmiş bir versiyası olan avtomobilin güc vahidinə necə dəyişiklik ediləcəyi hələ ki bilinmir. 1967 Honda N360-dan ilham alan və mexaniki sürət qutusu ilə 2020-ci ilin noyabrında bazara çıxan avtomobil təpələrə asan qalxmaq və bəzi yükləri azaltmaq üçün karbon lifli kapota sahibdir.

Honda hər iki modeli mart ayında reallaşacaq sərgilərə  gətirməyə qərarlıdır.

Avtomobil şirkətləri zaman-zaman qəribə və bir qədər gülməli avtomobillər hazırlayır. Buna baxmayaraq, elektrikli avtomobillərin bu şəkildə performans göstərməsi gələcəkdə sıfır karbonlu idmana yol aça bilər.