Tramp evdə tək qalmayacaq


Digərləri 19 Yan 2021 19:45:00 120 0

Tramp evdə tək qalmayacaq

"Evdə tək" və "Evdə tək 2" filmlərində Kevin rolunu oynayan amerikalı aktyor Makoley Kalkin Donald Trampın filmin ikinci hissəsindən çıxarılması ideyasını dəstəkləyib.

Son.az ted.az-a istinadən bildirir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Aktyor xüsusi proqramla Kevin personajının mediamaqnatla (Donald Trampla) görüşdüyü səhnəni dəyişdirmiş Tvitter istifadəçilərindən birinin paylaşımına müsbət rəy bildirib.

Fraqmentin yeni versiyasında, Trampın yerində heç nə yoxdur və Kevin boşluğa müraciət edir. "Bravo!"- deyə aktyor yenilənmiş versiyasını qiymətləndirib.

Kalkin, həmçinin bu səhnədə Trampın yerinə 40 yaşlı özünün yer alması haqqında petisiyanı dəstəkləyib.