Prezidentlər Ağ Evi necə tərk edir


Dünya 19 Yan 2021 19:36:00 100 0

Prezidentlər Ağ Evi necə tərk edir

Donald Trampın prezidentliyi andiçmə günündən əvvəl cümə axşamı başa çatdığı üçün Ağ Evin qərb qanadının mediaya əlçatan hissələri getdikcə boş görünür.

Qutular və konteynerlər gedən işçilərin şəxsi əşyaları ilə doludur. Bəzi Ağ Ev köməkçiləri Qızılgül Bağında şəkillər çəkdirir.

Yeni seçilmiş prezident Co Bayden isə yanvarın 20-də Ağ Evdən təxminən iki mil məsafədə yerləşən ABŞ Kapitilisində and içəcək.

İnauqurasiya Günü icra sarayında da hərəkətli bir gündür. Cəmi bir neçə saat ərzində birinci ailə köçürülür və malikanə təmizlənərək yeni sakinləri üçün hazırlanır.