Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu


Dünya 19 Yan 2021 19:14:00 93 0

Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu

2020-ci ildə İstanbul beynəlxalq hava limanından 23,4 milyon sərnişin istifadə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu göstəriciyə görə İstanbul aeroportu ən "yüklənmiş" hava limanı olub.

2019-cu ildə İstanbul hava limanından istifadə edənlərin sayı 52,5 milyon nəfər olmuşdu.

Ötən il sərnişin sıxlığına görə ikinci Parisin Ruassi (22,3 milyon nəfər), üçüncü isə Londonun Hitrou (22,1 milyon nəfər) hava limanları olub.