Rusiyanın “EpiVakKorona” peyvəndi 100 faiz təsirlidir


Dünya 19 Yan 2021 17:54:00 126 0

Rusiyanın “EpiVakKorona” peyvəndi 100 faiz təsirlidir

Rusiya tərəfindən hazırlanan ikinci peyvənd "EpiVakKorona" virusa qarşı 100 faiz təsirli olacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb.

Qeyd olunub ki, Vektor Araşdırma Mərkəzi tərəfindən hazırlanmış vaksin namizədinin 1 və 2-ci mərhələsi klinik sınaq nəticələri ilə əlaqədar qiymətləndirmələrə daxil edilib.

Qeyd edək ki, Rusiyada Qamaleya Tədqiqat İnstitutu tərəfindən hazırlanmış ilk Rusiya istehsalı "Sputnik V" peyvəndi ötən ilin avqustunda,  "EpiVakKorona" isə oktyabrın 14-də qeydiyyata alınıb.