Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir


Digərləri 19 Yan 2021 16:32:00 134 0

Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir

Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir. Avtoparkın təxminən 80 faizinin buraxılış ilindən 10 il keçmiş, beşdə-biri yaşı 30 ildən çox olan avtomobillərdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

R.Səttarzadə avtomobillərin sayının getdikcə artığını söyləyib.

Nazirlik rəsmisi atmosfer havasının əsasən nəqliyyat vasitələrinin hərəkəti nəticəsində çirkləndiyini söyləyib: "Bunun aradan qaldırılma yollarından biri də avtoparkın yenilənməsidir. Köhnə avtomobillərin istehlakı sahəsini yavaş-yavaş azaldılması sahəsində işlər görülməlidir".