İsraildə yoluxma sayında yeni rekord


Dünya 19 Yan 2021 15:39:00 107 0

İsraildə yoluxma sayında yeni rekord

İsraildə son 24 saat ərzində 10 min 21 nəfərin koronavirusa yoluxması ilə gündəlik yoluxma sayında pandemiya başlanandan etibarən ən yüksək rəqəm qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 9,3 milyona yaxın əhalisi olan ölkədə bu günə qədər ümumilikdə 567 162 insan koronavirusa yoluxub. Son sutka ərzində daha 44 ölüm halının qeydə alınması ilə xəstəlik səbəbindən həyatını itirənlərin sayı 4 049-a çatıb.

Digər tərəfdən, vaksinasiya kampaniyası çərçivəsində ölkədə 2 milyon 185 min 113 nəfərə ilkin doza, 420 min 15 nəfərə isə ikinci doza peyvənd vurulub.