Rusiyada son sutkada 21 734 nəfər koronavirusa yoluxub


Dünya 19 Yan 2021 14:14:00 113 0

Rusiyada son sutkada 21 734 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 21 734 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 3 612 800 nəfərə çatıb.

Son sutka ərzində 586 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 66 623 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.