Rusiyada qar uçqunu


Dünya 19 Yan 2021 11:22:00 121 0

Rusiyada qar uçqunu

Rusiyanın Qaraçay-Çərkəz Muxtar Respublikasında qar uçqunu baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Dombay Xizək Mərkəzində qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi Mussa-Acitara dağının Dombay bölgəsindəki uçqun fəlakəti ilə əlaqədar açıqlama yayıb.

"Bölgədəki hadisə ilə bağlı 233 şəxsi və 28 xilasetmə maşını işə başladı. Qar uçqununun hündürlüyü 300 metr olaraq hesablanıb. İlkin məlumata görə, iki xizək avadanlığı icarəsi məntəqəsi və bir kafe qar uçqunu altında qalıb",- deyə məlumatda bildirilib.

Bölgəyə helikopterlər göndərilib. Artıq bir nəfərin cəsədi tapılıb, uçqun altında qalan 12 nəfərin axtarış və xilasetmə işləri davam etdirilir.