Trampla Bayden arasında anlaşılmazlıq yarandı


Dünya 19 Yan 2021 11:34:00 121 0

Trampla Bayden arasında anlaşılmazlıq yarandı

ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp bir sıra xarici ölkə vətəndaşlarının ABŞ-a səyahətləri ilə bağlı yeni qərar qəbul edib.

Son.az unikal.org-a istinadən bildirir ki, koronavirus pandemiyası ilə bağlı ABŞ-a səfərləri yasaqlanan Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliya vətəndaşları Trampın yeni qərarı ilə yenidən ABŞ-a səfər etmək hüququ əldə edib.

Yeni seçilmiş və 20 yanvardan səlahiyyətlərinin icrasına başlayacaq olan prezident Co Bayden isə yasaqların davam edəcəyini anons edib, çünki bu ölkələrdə COVID-19-la bağlı gərgin vəziyyət davam edir. Bu fikir ayrılıqları insanların narazılığına səbəb olub və anlaşmazlıq yaradıb. Lakin güman etmək olar ki, yeni prezident Co Baydenin verdiyi qərar tətbiq ediləcək.