İspaniyada qadınlar koronavirusa yoluxma riskinə daha çox məruz qalırlar


Dünya 19 Yan 2021 07:01:00 98 0

İspaniyada qadınlar koronavirusa yoluxma riskinə daha çox məruz qalırlar

Qadınlar COVID-19 infeksiyasına daha çox məruz qalırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bunu qadınların koronavirusla mübarizənin önündə getməsi və xəstələrlə daha çox təmasda olması ilə izah edirlər. Belə ki, xidmət göstərən tibb işçilərinin 84,5 faizini, qocalar evinin işçilərinin 77,8 faizini, əczaçıların da 76,1 faizini qadınlar təşkil edir.

Bundan başqa, qadınlar koronavirusdan iqtisadi cəhətdən də əziyyət çəkirlər, çünki ən çox iş yerləri (mehmanxana biznesi, pərakəndə ticarət, xidmət sahəsi) məhv edilən fəaliyyət və peşələrə cəlb edilirlər.

Digər tərəfdən, məsafəli işin yayılması qadınların yükünü artırdı, çünki adətən ev işlərinin və uşaqlara qayğının əsas hissəsi onların üzərinə düşür.