Milli Məclisdə əfv etməamnistiya aktı mövzusunda dinləmə keçiriləcək


Siyasət 18 Yan 2021 18:15:00 119 0

Milli Məclisdə əfv etməamnistiya aktı mövzusunda dinləmə keçiriləcək

Milli Məclisin yaz sessiyası çərçivəsində müzakirə ediləcək məsələlər müəyyənləşir.

Son.az Trend-ə istinadən bildirir ki, müzakirə ediləcək məsələlərlə yanaşı, dinləmələr də keçiriləcək.

Parlamentin İnsan Hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına əsasən, 2 dinləmə keçiriləcək - 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və "Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələr".