Buğda əkinlərinin güzəştli sığortası başlayıb


Digərləri 18 Yan 2021 17:38:00 146 0

Buğda əkinlərinin güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl zəmilərinin - buğda əkinlərinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan Son.az-a verilən məlumata görə, xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə taxıl zəmilərinin - buğda əkinlərinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Buğda əkini sahələrinin sığortalanması zamanı buğdanın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün buğdanın 1 hektar sahə üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, bir hektar üçün məhsuldarlıq norması 5,2-167 sentner arasında, qiymət isə 30-45 manat/sentner arasında müəyyən edilib.

Buğda əkinləri üçün bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Süfrə

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

5,2

30

Maksimum

167

45