İşğaldan azad edilmiş ərazilərdə bankmaliyyə infrastrukturu yaradılacaq


Digərləri 18 Yan 2021 17:30:00 131 0

İşğaldan azad edilmiş ərazilərdə bankmaliyyə infrastrukturu yaradılacaq

Bu il Azərbaycan Mərkəzi Bankı yerli bankların strategiyalarında biznes kreditləşməsinə böyük diqqət ayıracaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Bankdan bildiriblər.

Qeyd olunur ki, banklararası pul bazarının fəallaşması banklar arasında resurs axınının sürətlənməsinə və bununla da biznesin maliyyə resurslarına tələbatının təmin olunmasına gətirib çıxaracaq.

Bankdan bildiriblər ki, 2021-ci il ərzində Azərbaycanın regionlarında maliyyə ehtiyatlarına çıxışın yaxşılaşdırılmasına diqqət veriləcək. Erməni işğalından azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturunun yaradılması "Böyük qayıdış" planlarının vacib tərkib hissəsi olacaq.

Bundan başqa, 2021-ci ildə milli iqtisadiyyatda makroiqtisadi sabitliyin dərinləşməsi, iş yerlərinin bərpası diqqət mərkəzində olacaq.