Çavuşoğlu Dağlıq Qarabağla bağlı danışdı


Siyasət 18 Yan 2021 17:07:00 123 0

Çavuşoğlu Dağlıq Qarabağla bağlı danışdı

Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda atəşkəs əldə edilib: "Bu önəmli fürsəti əldən verməmək lazımdır. Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik".