BakıSumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək


Digərləri 18 Yan 2021 16:57:00 160 0

BakıSumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək

20 Yanvar günü Bakı-Sumqayıt qatarının işləmə qrafiki bəlli olub.

Azərbaycan Dəmir Yolları QSC-dən Son.az-a verilən məlumata görə, 20 Yanvar qeyri-iş günü olduğuna görə həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar