Toylara nə vaxt icazə veriləcək?


Digərləri 18 Yan 2021 15:32:00 134 0

Toylara nə vaxt icazə veriləcək?

Artıq ölkədə tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticəsini verir. Belə ki, hazırda həm koronavirus infeksiyasına gündəlik yoluxmaların sayında azalma müşahidə edilir.

Bu gündən etibarən SMS icazə sistemi də ləğv edilib.

Bəs yoluxma dinamikası yaxın günlərdə daha da aşağı düşərsə, toyların keçirilməsinə icazə verilə bilərmi?

Son.az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Azər Badamov qarşıdakı aylarda toylara icazə verilmə ehtimalının olduğunu bildirib:

"Bildiyiniz kimi, bu gündən koronavirusa qarşı peyvəndlənmə işlərinə də start verilib. Gələn ayın sonuna qədər ölkə üzrə peyvəndlənmə başa çatarsa, koronavirusa yoluxmaların dinamikası minimuma enəcəkdir. Hesab edirəm ki, ölkə üzrə peyvəndlənmə başa çatandan sonra nəticələrin necə olunacağını müşahidə etmək üçün 1-2 ay gözləməli olacağıq. Əgər tətbiq edilən kütləvi peyvəndlənmə gözlədiyimiz nəticəni verərsə, may ayından sonra tətbiq edilmiş qadağaların mərhələli şəkildə tam aradan qaldırılmasına şərait yaranacaqdır. Burada əlbəttə ki, toyların keçirilməsi məsələsi də var. Yəqin ki, toyların keçirilməsinə icazə müəyyən qaydalar çərçivəsində olacaq".