Ötən il BakıSumqayıtAbşeron istiqamətində 8 milyondan artıq sərnişin daşınıb


Digərləri 18 Yan 2021 16:03:00 126 0

Ötən il BakıSumqayıtAbşeron istiqamətində 8 milyondan artıq sərnişin daşınıb

İl ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.

Bu barədə Son.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər. Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib.

Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb.

Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb.