Azərbaycanda çovğun bu səbəbdən olacaq


Digərləri 18 Yan 2021 13:33:35 109 0

Azərbaycanda çovğun bu səbəbdən olacaq

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olan amil Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsidir.

Son.az bildirir ki, bunu Trend-ə ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 19-da axşam soyuq atmosfer cəbhəsinin paytaxta yaxınlaşması nəticəsində burada hava şəraiti dəyişəcək. Paytaxtda havanın yağıntılı olacağı, sonrakı günlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir:

"Həm küləkli hava şəraiti, həm də sulu qarın yağması nəticəsində yanvarın 20-də axşam saatlarında, yanvarın 21-də gecə və səhər saatlarında havanın çovğunlu olacağı ehtimalı var. Yanvarın 21-də, 22-də şəhərətrafı yolların buz bağlayacağı istisna edilmir".

U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında bu proses bir qədər tez başlayacaq: