Deputatlar tətildən qayıdırlar
Siyasət 18 Yan 2021 11:50:00 134 0
Milli Məclisin yaz sessiyasının başlanmasına az müddət qalıb.
Son.az Trend-ə istinadən bildirir ki, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Artıq Milli Məclisin yaz sessiyası ilə əlaqədar komitə iclaslarına start verilib.
Belə ki, yanvarın 15-də Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Yanvarın 17-də isə Elm və təhsil komitəsinin iclası keçiriləcək.
Növbəti günlərdə digər komitələrin də iclasının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Mənbə: milli.az