Gənc oğlanı “Papanin körpüsü”nün yanında bıçaqladılar


Kriminal 17 Yan 2021 09:39:00 167 0

Gənc oğlanı “Papanin körpüsü”nün yanında bıçaqladılar

Paytaxtın Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə "Papanin körpüsü" kimi tanınan ərazidə qeydə alınıb.

1988-ci il təvəllüdlq Əhmədov Azər Ağamoğlan oğlu tanışı tərəfindən bıçaqlanıb.

O, 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. A.Əhmədov sol bud və baldırın çoxsaylı kəsilmiş-deşilmiş yaralı aldığından cərrahi əməliyyat olunub.