BMWdən böyük rəqəmsal ekran


Digərləri 14 Yan 2021 23:50:00 145 0

BMWdən böyük rəqəmsal ekran

BMW elektrikli SUV model iX-in yeni iDrive texnologiyasının ön görünüşünü izləyiciləri ilə bölüşüb.

Son.az ted.az-a istinadən bildirir ki, yeni iDrive analoq və rəqəmsal texnologiyanı eyni "qazanda qaynatmağı" hədəfləyir. Analoq və rəqəmsal texnologiyanın sintezi əvvəllər yayımlanan fotoşəkillərdə də göstərilib.

Əlbətdə ki, rəqəmsal və analoq sintez edilsə də, ortada rəqəmsal ekran var. Bu rəqəmsal ekran həm idarəetmə panelini, həm də əyləncə ekranını ehtiva edir. Yuxarıdakı şəkildən də göründüyü kimi sözügedən rəqəmsal ekran olduqca böyükdür.

Bəs BMW-nin iDrive texnologiyası nədir? Əslində iDrive olduqca köhnə bir texnologiyadır. Bu texnologiyanın ilk prototipi 1999-cu ildə istehsal edilib və 2001-ci ildə BMW E65 ilə istifadəçilərə təqdim edilib. Burada İDrive-ın məqsədi bir sıra funksiyaları vahid idarəetmə arxitekturasında birləşdirmək olub.