Tvitterin səhmlərinə Tramp zərbəsi QİYMƏT UCUZLAŞIR


Digərləri 14 Yan 2021 23:10:00 133 0

Tvitterin səhmlərinə Tramp zərbəsi  QİYMƏT UCUZLAŞIR

Tvitter Donald Trampın hesabını həmişəlik blokladığını elan etdikdən sonra sosial şəbəkənin səhmləri ucuzlaşmağa başlayıb. Səhmlər hələ də dəyərlərini itirməyə davam edir.

Son.az ted.az-a istinadən bildirir ki, Tvitter mümkün "şiddət təhrikinin" qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın hesabını əngəlləyib.

Donald Trump isə "öz platformasını yaratmaq imkanını düşündüyünü" bildirib.

Tvitter səhmləri Nyu-York Fond Birjasında keçirilən ilkin əməliyyatlarda 7%-dən çox azalıb. Qiymətli kağızlar bir hissə başına 47,73 dollara başa gəlir.