Teleqramın yaradıcısı Androidi seçdi: "Texnoloji şirkətlərin ən təhlükəlisi Appledır"


Digərləri 14 Yan 2021 22:55:00 135 0

Teleqramın yaradıcısı Androidi seçdi: "Texnoloji şirkətlərin ən təhlükəlisi Appledır"

Teleqram platformasının yaradıcılarından olan Pavel Durov Apple və Google-un da digər şirkətlər qədər təhlükəli olduğunu deyib.

Son.az ted.az-a istinadən bildirir ki, WhatsApp-ın istifadə şərtlərini dəyişməsindən sonra Pavel Durov bu vəziyyətin başqa bir həqiqəti ortaya qoyduğunu qeyd edib.

O bildirib ki, bəhs etdiyi reallıq şirkətin inhisara çevrilməsinin təbii nəticələridir. Bu vəziyyətə nümunə kimi Tvitterin Donald Trampı bloklamasını göstərən Pavel Durovun açıqlamalarına görə, texnoloji şirkətlərin ən təhlükəlisi Apple-dır. Milyonlarla istifadəçinin hər an məhdudlaşdırma ilə qarşılaşa biləcəyini söyləyən Durov Androiddən istifadənin daha məntiqli olduğunu söyləyib

"Niyə Android?" sualına cavab olaraq isə bildirib ki, əməliyyat sisteminin açıq mənbəli olması böyük üstünlükdür.