Prezident İlham Əliyev regionun yeni iqtisadi xəritəsini formalaşdırır


Siyasət 14 Yan 2021 21:02:00 41 0

Prezident İlham Əliyev regionun yeni iqtisadi xəritəsini formalaşdırır

Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin Moskva görüşündən sonra imzalanmış bəyanat regionda yeni iqtisadi reallıqlar yaradır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, "Biz yeni reallıq yaratdıq". Bu yeni reallıq isə artıq regionda yeni iqtisadi münasibətlərin, regionun yeni iqtisadi xəritəsini formalaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, 1 yanvar Moskva bəyanatında regionda nəqliyyat kommunikasiyalarının bərpası nəzərdə tutulur.

Kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək.

Kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər. Eyni zamanda, Azərbaycanın ixracı 1,2 milyard manat arta bilər.

Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada biləcək. Uzun illər blokada vəziyyətində qalan Ermənistan üçün isə iqtisadiyyata təkan verəcək bu bəyanat böyük şansdır.

Cənubi Qafqaz yeni iqtisadi dövrə daxil olur

Rusiyalı ekspert Vasili Koltaşov bildirib ki, növbəti 20 il ərzində ticarət dövriyyəsi artacaq. Biz indi böhran dövrünün başa çatdığı və iqtisadi yüksəlişin başladığı dövrə daxil oluruq:

"Artıq bir sıra Avrasiya bazarını birləşdirən bu regionu inkişaf etdirməyə başlamaq olar. Burada ilk Türkiyə, Rusiya və İran bazarından söhbət gedir. Aydındır ki, bu üç ölkə arasında, həm də Rusiya ilə Türkiyə və Türkiyə ilə İran arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bundan sonra bu regionlar bir-biri ilə birləşəcək".

Prezident İlham Əliyev Ermənistana inkişaf üçün böyük fürsət yaradıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Rüfət Quliyev isə bildirib ki, Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq: "Yolların açılması hamıdan çox Ermənistanı maraqlandırmalıdır: "Ölkələr arasında razılaşma Ermənistan iqtisadiyyatına və onun xalqının rifahına müsbət təsir göstərəcək.

Azərbaycanla Naxçıvan MR arasında logistika hava yolu ilə və İran ərazisindən reallaşdırılır, amma bundan sonra birbaşa yol tikiləcək və Türkiyəyə də birbaşa çıxış əldə olunacaq".

Azərbaycan, Rusiya və Ermənistanda biznes inkişaf edəcək

Rusiyalı politoloq Darya Qrevtsova isə qeyd edir ki, yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir

Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: "İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir".

Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yaradıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, regionda kommunikasiyaların açılması Azərbaycanın qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər:

"Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4 faiz, turizmdə 5,5 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, nəqliyyat xidmətlərində 4,9 faiz, emal sənayesində 4,3 faiz və digər xidmətlərdə 1,4 faiz, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq."

V.Qasımlı bildirib ki, vaxtilə Avropa Birliyi də kömür və polad üzrə sazişin üzərində qurulub: "Regionumuzda Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da sərmayələrin cəlbi və davamlı inkişaf deməkdir. İndi dizayn verilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını şəkilləndirəcək."

ABŞda “ağıllı” gəmi sistemlərini sınaqdan keçiriblər like
  • 14 Yan 20:55  
Digərləri ABŞda “ağıllı” gəmi sistemlərini sınaqdan keçiriblər

ABŞ gəmilərdə istifadə edilə bilən "ağıllı" gəmi sistemlər

arrow Ətraflı
Azərbaycanda Stalin repressiyaları  Bəs siz VİKİPEDİYADA nə axtarmısınız? like
  • 14 Yan 20:55  
Digərləri Azərbaycanda Stalin repressiyaları Bəs siz VİKİPEDİYADA nə axtarmısınız?

Azərbaycanca Vikipediyada həftənin seçilmiş məqaləsi və həftənin yaxş

arrow Ətraflı
Koronavirusu məhv edən yeni üsul təhlükəli ola bilər like
  • 14 Yan 20:45  
Digərləri Koronavirusu məhv edən yeni üsul təhlükəli ola bilər

Koronavirusun məhv edilməsi üçün Rusiya və Özbəkistan alimiləri tərəf

arrow Ətraflı
Qısa zamanda bütün vətəndaşlarımızın peyvənd olunmasını hədəfləyirik  Ərdoğan like
  • 14 Yan 20:41  
Dünya Qısa zamanda bütün vətəndaşlarımızın peyvənd olunmasını hədəfləyirik Ərdoğan

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı "Sinovac" vaks

arrow Ətraflı
Bağırsaq qurdları like
  • 14 Yan 20:40  
Digərləri Bağırsaq qurdları

Bağırsaq qurdu dedikdə insanların bağırsaqlarında illərlə yaşayan para

arrow Ətraflı
Qobustanda palçıq vulkanında son püskürmə ilə bağlı AÇIQLAMA  FOTO like
  • 14 Yan 20:31  
Digərləri Qobustanda palçıq vulkanında son püskürmə ilə bağlı AÇIQLAMA FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımad

arrow Ətraflı
Qaraciyər sirrozunun nadir formaları like
  • 14 Yan 20:30  
Digərləri Qaraciyər sirrozunun nadir formaları

Bu xəstəlik qara ciyər sirrozunun nadir zamanlarda rast gəlinən formasıdı

arrow Ətraflı
Bakı "İnstagram" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb like
  • 14 Yan 20:28  
Digərləri Bakı "İnstagram" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün

arrow Ətraflı
BİP tətbiqi WhatsAppa qalib gələ bilərmi? like
  • 14 Yan 20:20  
Digərləri BİP tətbiqi WhatsAppa qalib gələ bilərmi?

"Web Axtarış" xüsusiyyəti sayəsində BiP istifadəçiləri telefo

arrow Ətraflı
Nyuton dünyanın sonunu müəyyən edəcəyinə inanırdı  Misir ehramları vasitəsilə like
  • 14 Yan 20:15  
Digərləri Nyuton dünyanın sonunu müəyyən edəcəyinə inanırdı Misir ehramları vasitəsilə

Dahi ingilis riyaziyyatçısı və alimi İsaak Nyutonun Misir ehramları haqqı

arrow Ətraflı
Çində "ağıllı" elektromobillər istehsal olunacaq like
  • 14 Yan 20:10  
Digərləri Çində "ağıllı" elektromobillər istehsal olunacaq

Çinin internet xidmətləri və süni zəka məhsulları istehsalçısı Baidu

arrow Ətraflı
Tesla dizayner axtarır  Nə az, nə çox, 20 illik təcrübə tələb olunur like
  • 14 Yan 19:55  
Digərləri Tesla dizayner axtarır Nə az, nə çox, 20 illik təcrübə tələb olunur

Elektromobil istehsalında qabaqcıl rol oynayan Tesla çinli müştərilər ü

arrow Ətraflı
Google Storeda Azərbaycan üzrə trend yeniləndi like
  • 14 Yan 19:50  
Digərləri Google Storeda Azərbaycan üzrə trend yeniləndi

Hazırda Azərbaycan üzrə Google Store-da trend yenilənib. Trenddə birinci y

arrow Ətraflı