ABŞda “ağıllı” gəmi sistemlərini sınaqdan keçiriblər


Digərləri 14 Yan 2021 20:55:00 133 0

ABŞda “ağıllı” gəmi sistemlərini sınaqdan keçiriblər

ABŞ gəmilərdə istifadə edilə bilən "ağıllı" gəmi sistemlərinin sınaqlarının ilkin nəticələrini araşdırıb.

Son.az seanews.az-a istinadən bildirir ki, "TİPPERS" adlanan internet sistemin sınaq mərhələsi 2020-ci ilin noyabr ayında keçirilib.

Sistem avadanlıqların, işçilərin və digər obyektlərin yerini və digər xüsusiyyətlərini izləmək üçün simsiz rabitə şəbəkəsindən istifadə edir. "TİPPERS" sistemi obyektləri real vaxt rejimində izləmək xüsusiyyətinə malikdir.

Sualtı məlumatları toplamaq üçün nəzərdə tutulmuş "WAR FOCUS" rəngli lazer portativ cihazı da sınaqdan keçirilib. Çoxsaylı daxili sensorlar okean mühitinin müxtəlif aspektlərinin dəqiq ölçülməsinə imkan verir və sualtı mühitin sensorlara və sistemlərə təsirini aşkar edir.