Qobustanda palçıq vulkanında son püskürmə ilə bağlı AÇIQLAMA FOTO
Digərləri 14 Yan 2021 20:31:00 51 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları Şıxzərli palçıq vulkanında yanvarın 9-da baş vermiş aktivliklə əlaqədar müvafiq ölçmə işləri həyata keçiriblər.
Bu xəbəri də oxu: Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər
Nazirlikdən Son.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev Trend-ə bildirib ki, Xüsusilə qeyd etmək lazımdır ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmamışdır.
Ölçmə işləri zamanı müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülmüşdür. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunmuşdur. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olunub. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alınıb. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatıb. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir:"
Məlumat üçün bildiririk ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyildir. Bu vulkanın aktivliyinin təhlili onu göstərir ki, bu vulkan çox aktiv palçıq vulkanıdır. Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur".
Qeyd edək ki, yanvarın 9-da saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan Rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında püskürmə baş vermişdir.
Püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilmiş, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərazində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxarılmışdır.
Bu xəstəlik qara ciyər sirrozunun nadir zamanlarda rast gəlinən formasıdı

Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün

"Web Axtarış" xüsusiyyəti sayəsində BiP istifadəçiləri telefo

Dahi ingilis riyaziyyatçısı və alimi İsaak Nyutonun Misir ehramları haqqı

Çinin internet xidmətləri və süni zəka məhsulları istehsalçısı Baidu

Azərbaycanın Dağlıq Qarabağdakı uğuru Böyük Britaniyaya ordunun inkişa

Elektromobil istehsalında qabaqcıl rol oynayan Tesla çinli müştərilər ü

Hazırda Azərbaycan üzrə Google Store-da trend yenilənib. Trenddə birinci y

Kambric Universiteti və Pirbrayt İnstitutunun (The Pirbright İnstitute) bir q

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19)

Almaniyanın səhiyyə naziri Yens Span çərşənbə günü millət vəkilləri

Pandemiya dövründə bəzi məktəblərdə dərslər şagirdlərin bir hisəsin

Gündə efirlərdə olsam da, evdə kitablarla, şeirlərlə məşğul olsam da,

ABŞ-ın Kaliforniya ştatı çərşənbə günü bildirib ki, ştatın 65 yaşd
