BİP tətbiqi WhatsAppa qalib gələ bilərmi?


Digərləri 14 Yan 2021 20:20:00 100 0

BİP tətbiqi WhatsAppa qalib gələ bilərmi?

"Web Axtarış" xüsusiyyəti sayəsində BiP istifadəçiləri telefon söndürülsə də internet üzərindən səsli və video zənglər edə bilər. Digərlərindən fərqli olaraq, BiP tətbiqini kompüter və planşet vasitəsilə istifadə edənlər də belə zənglərdən istifadə etmə imkanına malikdir.

Son.az ted.az-a istinadən bildirir ki, istifadəçilər batareyada enerji olmadığı zaman və ya telefonları söndürüldükdə belə internet üzərindən bu yenilikdən yararlana, fövqəladə hallarda BiP vasitəsilə fasiləsiz rabitə əldə edə bilərlər.

Dünyanın 192 fərqli ölkəsində, 40 milyondan çox istifadəçisi olan BİP bənzər tətbiqlərlə qlobal ölçüdə rəqabət aparır.

Qeyd edək ki, tətbiq rəqiblərindən fərqli olaraq, 106 fərqli dildə sürətli tərcümə xüsusiyyəti, itirilmiş mesajlaşma, 10 nəfərə qədər qrup video zəngləri, mesaj göndərmə sürəti ilə etibarlı pul köçürmələri kimi üstünlüklərə malikdir.