Çində "ağıllı" elektromobillər istehsal olunacaq


Digərləri 14 Yan 2021 20:10:00 127 0

Çində "ağıllı" elektromobillər istehsal olunacaq

Çinin internet xidmətləri və süni zəka məhsulları istehsalçısı Baidu və ölkənin ən böyük avtomobil istehsalçısı Geely şirkətləri "ağıllı" elektrik avtomobillər istehsal edəcək şirkət yaratmaq barədə razılığa gəliblər.

Son.az ted.az-a istinadən bildirir ki, Geely avtomobil istehsalını həyata keçirəcək, Baidu isə proqram təminatı və texnologiyaları hazırlayacaq.

Baidu-dan verilən açıqlamaya görə, yeni şirkət daha çox sərnişin nəqliyyat vasitələrinin istehsalına üstünlük verəcək.

Baidu-nun rəhbəri Robin Li (Li Yanhonq) dünyanın ən böyük elektrokar bazarı olan Çində daha ağıllı məhsullara yaranan tələbatı qarşılamaq üçün bu irimiqyaslı layihəyə başladıqlarını bildirib.

Məlumat üçün deyək ki, Çində ən böyük axtarış sisteminə malik olan Baidu-nun pilotsuz avtomobil idarəetməsi texnologiyası da var.

Qeyd edək ki, ötən gün Hyundai ilə Apple arasında da bu ilin mart ayında müştərək elektrik avtomobil istehsalına dair müqavilə imzalamaq niyyəti açıqlanıb.