Vətən müharibəsində Azərbaycana vurulan ziyanın məbləği açıqlandı
Siyasət 14 Yan 2021 19:02:00 62 0
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın məbləği məlum olub.
Bu xəbəri də oxu: Bakını hədələyən indi bəraət istəyir
Son.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, ümumilikdə dəymiş ziyanın məbləği təxminən 91 milyon manatdır: "Nəqliyyat vasitələri üzrə dəymiş ziyan 400 min manat məbləğində, kənd təsərrüfatı üzrə (mal-qara, texnika və s.) 1 milyon 311 min manat, sahibkarlıq subyektləri üzrə (avadanlıq, alət) 2 milyon 500 min manat, Tərtər Pambıq zavoduna 3 milyon 524,6 min manat, infrastruktur üzrə (avtomobil yolları, poçt, rabitə, elektrik, qaz və su təchizatı, informasiya təminatı) 27 milyon 410 min manat, fərdi yaşayış, çoxmənzilli evlər və digər tikililərin təmir-bərpası üzrə 19 milyon 200 min manat və s. zərərlər qiymətləndirilib".
Qeyd edək ki, "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli sərəncamına əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasına 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılmışdı.
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Tü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19)

Belarus 2020-ci ildə Azərbaycandan 210 milyon dollar məbləğində neft idxal

Bərdə-Ağdam dəmir yolu xətti Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidi

ARB TV-nin "Onun Sirri" verilişində ifaçı Manaf Ağayev qonaq

AnTuTu platforması prosessor, qrafik vahid və RAM kimi meyarları nəzərə al

Qubada adsız olan 10 küçəyə şəhidlərin adı verilib.

Çinin şimalında Tianjin şəhərində xüsusi gömrük zonası ərazisində g

Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni

Respublika Hərbi Prokurorluğu Şuşa şəhərində baş verən yol qəzası il

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin

29 ildir öz yurd-yuvalarından didərgin düşən laçınlılar öz torpaqları

Daha bir neçə Vətən müharibəsi şəhidlərinin ailələrinə Prezidentin a

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Tür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəali
