"Buna dözmək lazımdır"


Şou-biznes 14 Yan 2021 19:35:00 206 0

"Buna dözmək lazımdır"

Gündə efirlərdə olsam da, evdə kitablarla, şeirlərlə məşğul olsam da, ikinci evim üçün çox darıxmışam. Az deyil, 31 ildir teatrda 1 gün belə fasilə vermədən çalışmışam.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında yazıb. 9 aydır səhnəyə çıxmayan aktrisa teatr üçün darıxdığını dilə gətirib:

"Teatr bizim ikinci evimizdir. Doğma məkanımızdır! Orada əsrləri fəth edən neçə-neçə insan taleləri yaşayırıq. Bir insan öz taleyini, Allahın verdiyi ömrü bu keşməkeşli həyatda taleyindən razı, narazı və yaxud da xoşbəxt formada yaşayır. Amma biz aktyorlar səhnədə, neçə-neçə insan talelərini canlandırırıq. Buna dözmək gərəkdir. Orada bəzən bədbəxt, bəzən xoşbəxt talelər yaşayırıq. Xəstəni, kraliçanı, balerinanı, bəzən isə nakam məhəbbətə uğrayan insanı canlandırırıq.

Bəli, bu, aktyor həyatıdır. Kənardan asan görünən, amma əslində hədsiz çətin olan sənətdir. Mükafatı tamaşaçı alqışıdır. Ürəyimizi, həyatımızı səhnəyə qurban verdiyimiz aylar, illər...