"Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb"


Siyasət 14 Yan 2021 18:42:00 44 0

"Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb"

Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni irsin dağıdılmasına səbəb oldu.

Son.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xitmətindən Trend-ə bildirilib ki, Mərkəzin icraçı direktoru Rəvan Həsənov bu irsin yenidən bərpa olunacağı ilə bağlı TRT Deutsch-a müsahibə verib.

R.Həsənov qeyd edib ki, Qarabağ tarix boyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olub. Bu tarixi ərazilər Ermənistan tərəfindən 90-cı illərin əvvəllərində işğal olunub və regionda Azərbaycanın mədəni irsi tamamilə silinməyə çalışılıb. Son 30 ilə ərzində Qarabağda azərbaycanlıların etnik təmizlənməsi ilə yanaşı, mədəniyyəti də soyqrıma məruz qalıb. Nəhayət ki, Azərbaycan işğal altındakı öz tarixi torpaqlarını azad etməklə, tarixi ədaləti bərpa etdi. Bundan sonra qarşımızda duran əsas məsələ Qarabağda yeni quruculuq işlərinin aparılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına tez zamanda qayıtması olacaqdır. Azərbaycan tarixən multikulturalizm ənənələrinə bağlı olub və bu gün bizim dövlət siyasətimizdir. Bu siyasət əlbətdə ki, Qarabağda da həyata keçiriləcəkdir. Azərbaycanda bütün dinlər sərbəst şəkildə mövcuddur və onların dini ibadətgahları da dövlət tərəfindən tikilir, bərpa olunur və qorunur. Qarabağda mövcud olan dini ibadətgahlar da öz həqiqi sahiblərinə qaytarılacaq və dağıdılan və dəyişdirilən məscidlər, kilsələr yenidən bərpa olunacaqdır.

R.Həsənov daha sonra bildirib ki, Ermənistanın Qarabağda 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, müharibə cinayətləri törətməsinə baxmayaraq, Azərbayca dövlətinin heç bir fəaliyyəti bir xalqa və ya mədəniyyətə qarşı olmayıb və bundan sonra da olmayacaqdır. Bunun ən bariz nümunəsi odur ki, bu gün də Azərbaycan ərazisində ermənilər açıq şəkildə yaşayır. Onlara qarşı heç bir təzyiq göstərilmir. Bakı şəhərinin mərkəzində erməni kilsəsi və həmin kilsədə ermənilərin dini ədəbiyyatı qorunub saxlanıb, hətta dövlət tərəfindən bərpa edilibdir. Bu siyasət Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmdən irəli gəlir. Qarabağda quruculuq işlərindən sonra da bu, belə davam edəcəkdir.

Mədəni irsin qorunması ilə bağlı son zamanlar UNESCO-nun bəyanatları və narahatlığı məsələsinə də münasibət bildirən R.Həsənov qeyd edib ki, bu nüfuzlu beynəlxalq təşkilatın son yanaşmasını ikili standart kimi qiymətləndirir. "Azərbaycan UNESCO ilə sıx əməkdaşlıq edən və bir çox komitəsində təmsil olunan ölkədir, bu çərçivədə bir çox beynəlxalq sənədi qəbul edib. Xüsusi ilə mədəni irsin qorunması məsələsinə daim həssas yanaşılıb. Azərbaycanın tarixi torpaqları 30 il işğal altında qalan zaman bütün tarixi dini abidələri məhv edildi və Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək Qarabağa missiya təşkil olunmasını xahiş etdi. Ancaq UNESCO bunu siyasi təşkilat olmaması ilə əlaqələndirirək həyata keçirmədi. Ancaq nədənsə bu gün belə bir missiya keçirməyi və siyasi fəaliyyət göstərməyi qərara alir. Bu çox qəribədir. UNESCO hökumətlərarası bir təşkilatdır və onun müəyyən dövlətin siyasi sifarişini icra etməyə cəhd etməsi onun mandatına uyğun deyil. Azərbaycanda hər hansı bir mədəni irsin təhlükədə olması iddiası tamamilə əsassızdır. Çünki bu zamana qədər Azərbaycanda heç bir mədəni irs silinməyibdir, hətta erməni irsi də. Bundan sonra da silinməyəcəkdir. UNESCO Azərbaycanda hər hansısa bir missiya həyata keçirmək istəyirsə buna bizim etirazımız yoxdur. Ancaq həmin missiya Azərbaycanın suveren ərazilərində keçiriləcəyindən, onun bütün istiqamətləri və çərçivəsi Azərbaycan tərəfi ilə tam razılaşdırılmalıdır."

Qarabağda dağıdılmış və ya dəyişdirilmiş Azərbaycan mədəni irsi mövzusuna toxunan R.Həsənov ilkin olaraq mövcud vəziyyətin monitorinqi və faktlaşdırılmasının zərurliyini qeyd edib. "Bu işlərə beynəlxalq təşkilatlar da cəlb olunacaqdır. Daha sonra Qarabağın Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycana vurulmuş maddi ziyan hesablanaraq hüquq çərçivəsində beynəlxalq məhkəmələrə müraciət olunacaqdır. Ermənistan tərəfi vurulan ziyana görə, beynəlxalq hüquq çərçivəsində maddi təzminat ödəməlidir. Bu müharibə cinayətlərini törədən isə beynəlxalq cinayət hüququnun subyektləri hesab olunmalıdır. Əks halda bu hüquqsuzluğa və beynəlxalq hüququn lazımsızlığına gətirib çıxaracaqdır."

Qeyd edək ki, Azərbaycan tərəfi bu istiqamətdə hal-hazıda addım-addım işlər aparır. Qarabağda dağıdılmış mədəni irsimiz tezliklə bərpa olunacaq və bu bölgə işğaldan əvvəlki görkəminə qayıdacaqdır. Bütün tarixi dini abidələr bərpa olunduqdan sonra sahiblərinə qaytarılacaqdır. Azərbaycan multikulturalizm siyasətinə bundan sonra da sadiq qalacaqdır. https://www.trtdeutsch.com/exklusiv/interview-das-kulturelle-erbe-aserbaidschans-in-karabach-zerstort-4126625

Hərbi Prokurorluq Şuşada hərbçilərin qəzaya düşməsilə bağlı məlumat yaydı like
  • 14 Yan 18:40  
Digərləri Hərbi Prokurorluq Şuşada hərbçilərin qəzaya düşməsilə bağlı məlumat yaydı

Respublika Hərbi Prokurorluğu Şuşa şəhərində baş verən yol qəzası il

arrow Ətraflı
Ağcabədi sakinindən külli miqdarda heroin götürüldü like
  • 14 Yan 18:39  
Kriminal Ağcabədi sakinindən külli miqdarda heroin götürüldü

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin

arrow Ətraflı
Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib  FOTO like
  • 14 Yan 18:36  
Digərləri Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib FOTO

Daha bir neçə Vətən müharibəsi şəhidlərinin ailələrinə Prezidentin a

arrow Ətraflı
"Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq" like
  • 14 Yan 18:33  
Digərləri "Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq"

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Tür

arrow Ətraflı
“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı  FOTO like
  • 14 Yan 18:30  
Digərləri “Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəali

arrow Ətraflı
Qobustanda vulkan püskürdü like
  • 14 Yan 18:18  
Digərləri Qobustanda vulkan püskürdü

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələləri

arrow Ətraflı
Əlcəzairlə gömrük sahəsində əməkdaşlıq müzakirə olunub  FOTO like
  • 14 Yan 18:17  
Digərləri Əlcəzairlə gömrük sahəsində əməkdaşlıq müzakirə olunub FOTO

Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti genera

arrow Ətraflı
Vətən müharibəsində zərər vurulan obyektlərin təmir və bərpası ilə bağlı like
  • 14 Yan 18:10  
Digərləri Vətən müharibəsində zərər vurulan obyektlərin təmir və bərpası ilə bağlı

Baş nazir Əli Əsədov "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermən

arrow Ətraflı
Zəfər muzeyinin yaradılması ilə bağlı ekspert qrupu formalaşıb  FOTO like
  • 14 Yan 18:09  
Kriminal Zəfər muzeyinin yaradılması ilə bağlı ekspert qrupu formalaşıb FOTO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memor

arrow Ətraflı
Məhsulun ölkəyə idxalına hansı halda icazə verilir? like
  • 14 Yan 17:58  
Digərləri Məhsulun ölkəyə idxalına hansı halda icazə verilir?

Ölkəyə hər hansı məhsul idxal edilərkən Qida Təhlükəsizliyi Agentliy

arrow Ətraflı
Cəbhədən qayıdan jurnalist: “Həm tarix yazdıq, həm də tarixə yazıldıq”  MÜSAHİBƏ  FOTO like
  • 14 Yan 17:55  
Digərləri Cəbhədən qayıdan jurnalist: “Həm tarix yazdıq, həm də tarixə yazıldıq” MÜSAHİBƏ FOTO

Vətən müharibəsində 30-a yaxın jurnalist iştirak etdi. Amma media nümay

arrow Ətraflı
"Ermənistanın razılaşmaya əməl etməkdən başqa yolu yoxdur" like
  • 14 Yan 17:49  
Siyasət "Ermənistanın razılaşmaya əməl etməkdən başqa yolu yoxdur"

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə

arrow Ətraflı
Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib like
  • 14 Yan 17:48  
Siyasət Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovni

arrow Ətraflı
2024cü ildən "Niva"nın yeni modeli istehsal ediləcək  FOTO like
  • 14 Yan 17:47  
Dünya 2024cü ildən "Niva"nın yeni modeli istehsal ediləcək FOTO

"Niva" istehsalçıları 2024-cü ildən yeni modelin istehsalına ba

arrow Ətraflı