Ən güclü Android smartfonun adı açıqlandı


Digərləri 14 Yan 2021 18:50:00 99 0

Ən güclü Android smartfonun adı açıqlandı

AnTuTu platforması prosessor, qrafik vahid və RAM kimi meyarları nəzərə alaraq ən güclü Android smartfonunu açıqlayıb.

Son.az unikal.org-a istinadən bildirir ki, Xiaomi şirkətinin istehsal etdiyi "Black Shark"ın hələ buraxılmayan yeni modeli ilk sırada qərarlaşıb. "Black Shark" 4-ün AnTuTu xalı 788.505 olub və ən güclü Android smartfon seçilib. Bu yerin əvvəlki sahibi IQOO 7 isə AnTuTu qiymətləndirməsindən 752.935 bal toplamışdı. Həmçinin bu yaxınlarda rəsmi təqdim olunan Xiaomi Mi 11 eyni testdən 742.942 bal qazanıb.

Sözügedən testlə "Black Shark2 4-ün bəzi texniki xüsusiyyətləri də məlum olub. Cihaz "Qualcomm"un yeni qabaqcıl prosessoru "Snapdragon" 888 ilə təchiz ediləcək. Telefon 8 GB LPDDR 5 RAM, 128 və 256 GB olmaqla iki fərqli yaddaş tutumuna sahib olacaq.