Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib FOTO


Digərləri 14 Yan 2021 18:36:00 133 0

Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib  FOTO

Daha bir neçə Vətən müharibəsi şəhidlərinin ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bu gün 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları daha bir neçə şəhid ailəsində olaraq, onların sosial vəziyyətlərini öyrəniblər. Həmin ailələrə sosial ödənişlərin də təyinatı aparılıb, həmçinin Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Bu dəfə isə şəhid ailələrinin üzvləri olan Ruxsarə Məmmədovaya, Rahilə Ramazanovaya, Şəhla Ağayevaya, Emulya Rzayevaya, Fərqiyyə Həşimovaya "Şəhid ailəsi üzvü vəsiqəsi" təqdim edilib.