"Şuşada gizli şəkildə düşmən bazasına daxil olduq və qisas aldıq" VİDEO


Digərləri 14 Yan 2021 17:22:00 125 0

"Şuşada gizli şəkildə düşmən bazasına daxil olduq və qisas aldıq"  VİDEO

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Vətən övladlarından biri də Sumqayıt sakini Vüsal Şahbazovdur.

O, Vətən müharibəsinin başladığı ilk gündən ön cəbhəyə yollanıb. Şuşanı düşmən işgalından azad edərkən yaralanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Vüsal deyir ki, o və əsgər yoldaşları düşmən bazasına səssizcə daxil olub, əlverişli məqam yaranana qədər 3 gün orada gözləməli olublar.

Nəhayət ki, düşmən avtomobillərlə bazaya daxil olarkən Vüsal və onun yoldaşları elə oradaca düşməni zərərsizləşdiriblər.

Bacısı Nahidə Ağayeva deyir ki, qardaşı yaralı olduğunu belə onlardan gizlədib.

Vüsal kimi qardaşı Vüqar da döyüşlərdə iştirak edib və yaralanıb. Valideynləri hər iki övladları ilə fəxr edirlər.

Şahbazov qardaşlarının hərbiyə maraqları uşaqlıqdan formalaşıb. Valideynləri onları balacalıqdan vətənpərvər yetişdiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: